10:16 08-04-2022
news_image
150
FUTBOL

Yurgen Klopp dünyanın ən yaxşı baş məşqçisini açıqladı

“Bir az fərqli insan olsaydım, Qvardiola “Mançester Siti” kimi komandada çalışdığı üçün depressiyaya düşərdim”.

Apasport.az saytının məlumatına görə, bunu “Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının XXXII turunda “Mançester Siti” ilə keçiriləcək oyunla bağlı danışarkən deyib.

Rəqib barədə müsbət fikirlər səsləndirən almaniyalı mütəxəssis “şəhərlilər”in çalışdırıcısı Pep Qvardiolanı xüsusi fərqləndirib: “Bəlkə də, Pep “Bavariya”da çalışmasaydı, “Borussiya” ilə daha çox kubok qazanardım. İndi də vəziyyət eynidir. O, “Mançester Siti”nin sükanı arxasında olmasaydı, ən azı daha bir çempionluq qazanardıq. “Mançester Siti” hörmət etməli olduğun möhtəşəm komandadır. Üstəlik, dünyanın ən yaxşı baş məşqçisinə sahibdirlər. “Mançester Siti”ni izləməkdən həzz alıram”.

Qeyd edək ki, aprelin 10-da keçiriləcək “Mançester Siti” – “Liverpul” oyunu Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Hazırda 73 xalla turnir cədvəlinə başçılıq edən “Mançester Siti” ən yaxın izləyicisi “Liverpul”u cəmi 1 xal qabaqlayır.