22:24 08-04-2022
news_image
190
FUTBOL

“Atletiko” Premyer Liqadan müdafiəçi aparır

“Tottenhem”in futbolçusu Emerson Royal İspaniyadan təklif alıb.

Apasport.az saytının məlumatına görə, bunu müdafiəçinin özü açıqlayıb.

Premyer Liqadakı oyunu ilə diqqət çəkən futbolçu bildirib ki, “Atletiko”nun hədəfinə düşüb: “Atletiko” məni heyətində görmək istəyir. Lakin karyeramın yaxşı dövrünü “Tottenhem”də yaşayıram. Gələcəkdə nə olacağını bilmirəm”.

Qeyd edək ki, Royalın müqaviləsi 2026-cı ildə başa çatacaq. O, cari mövsümün 36 matçında 1 qol vurub.