17:42 08-04-2022
news_image
333
FUTBOL

“Everton”dan Frenk Lempard qərarı

İngiltərənin “Everton” klubu baş məşqçisi Frenk Lempardla bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi mütəxəssisi postunda saxlamağı məqsədəuyğun sayıb.

Premyer Liqanın turnir cədvəlində aşağı pillələrdə qərarlaşan liverpullular Lemparda mövsümün sonunadək vaxt verməyi lazım bilib. Mütəxəssis bu müddətdə komandanın durumunu düzəltməlidir. Onun qarşısına komandanı Premyer Liqada saxlamaq vəzifəsi qoyulub.

Qeyd edək ki, 29 oyunda 25 xal toplayan “Everton” 17-ci pillədə qərarlaşıb. Komandanı aşağı dəstəyə düşəcək 18-ci yerdən bir xal ayırır.