11:06 11-04-2022
news_image
156
FUTBOL

Messiyə növbəti çağırış: “Evə qayıtmağın vaxtıdır”

“Barselona”nın müdafiəçisi Dani Alveş PSJ-nin hücumçusu Lionel Messi barədə növbəti dəfə fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu sabiq komanda yoldaşına yenidən çağırış edib.

O, argentinalı superulduzun mövsümün sonunda Kataloniya klubuna qayıtmasını arzuladığını bildirib: “Onun məqsədlərini bilmirəm. Bir illik də olsa mənimlə birgə “son rəqs” üçün geri qayıda bilər. Niyə də yox? Heç bir yer “Barselona”dan yaxşı ola bilməz. Leo getdi və bu təcrübəni sınadı. Evə qayıtmağın vaxtıdır. Əgər özü də istəyirsə”.

Qeyd edək ki, “Barselona”nın prezidenti Joan Laporta da bir müddət əvvəl Lionel Messinin “Barselona”ya qayıtmasını istisna etməyib.