11:12 11-04-2022
news_image
125
FUTBOL

Premyer Liqada 167 günlük həsrətə son

Premyer Liqanın XXII turunda “Qəbələ” ilə qarşılaşan “Səbail”in matçdakı üçüncü qolu ikiqat yubileylə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, bu topa İbrahim Aslanlı imza atıb.

Onun 73-cü dəqiqədə vurduğu qol klub tarixinə Premyer Liqada ümumilikdə 100-cü, evdə 50-ci qol kimi düşüb. Paytaxt təmsilçisi “100”ə 126-cı oyunda çatıb. Evdəki 50-ci topu 64-cü matçına təsadüf edən bakılılar digər 50 qolu səfərdə vurub.

3:0 hesabı ilə qalib gələn “Səbail” 6 oyunluq məğlubiyyət və 13 matçlıq qələbəsizlik seriyalarına son qoyub. Aftandil Hacıyevin yetirmələri sonuncu dəfə ötən il oktyabrın 25-də üç xal qazanıb. 167 gün əvvəl paytaxt təmsilçisi “Qarabağ”ı 3:1 hesabı ilə məğlub edib.

Bu qələbə Hacıyevin baş məşqçi karyerasında yubiley xarakteri daşıyıb. Onun rəhbərliyi altında ümumilikdə 110-cu oyuna çıxan “Səbail” 30-cu dəfə qalib gəlib.