Avrokuboklar tarixində ən çox qol vuran afrikalı futbolçuların adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıya UEFA-nın bayrağı altında indiyə qədər keçirilən bütün beynəlxalq klub turnirlərində fərqlənən oyunçular salınıb.
Ümumilikdə 8 nəfər Avropa arenasında 30 qol həddinə çata bilib. Son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsində “Benfika” ilə görüşdə rəqibi mərkəzə dəvət edən “Liverpul”un hücumçusu Sadio Mane siyahıya düşüb.
Avrokuboklarda 30 və daha çox qol vuran afrikalılardan yalnız 3-ü hazırda karyerasını davam etdirir. Manenin komanda yoldaşı Məhəmməd Salah daha 5 qol vurmağı bacarsa, zirvədə qərarlaşan Didye Droqbaya çatacaq.
1. Didye Droqba - 50 qol
“Marsel”: 11 qol
“Çelsi”: 36
“Qalatasaray”: 3
2. Samuel Eto - 48 qol
“Malyorka”: 7
“Barselona”: 18
“İnter”: 10
“Anji”: 9
“Çelsi”: 3
“Everton”: 1
3. Məhəmməd Salah - 45 qol
“Bazel”: 7
“Fiorentina”: 1
“Roma”: 3
“Liverpul”: 34
4. Pyerr-Emerik Obameyanq - 42 qol
“Borussiya”, Dortmund: 26
“Arsenal”: 14
“Barselona”: 2
5. Corc Vea - 35 qol
“Monako”: 8
PSJ: 19
“Milan”: 8
6. Benni Makkarti - 32 qol
“Ayaks”: 1
“Selta”: 17
“Porto”: 9
“Blekbörn”: 5
7-8. Frederik Kanute - 30 qol
“Lion”: 2
“Sevilya”: 28
7-8. Sadio Mane - 30 qol
“Zalsburq”: 5
“Sauthempton”: 1
“Liverpul”: 24