00:28 16-04-2022
news_image
605
FUTBOL

“Barselona”dan de Yonq qərarı

“Barselona” “Sevilya”nın hücumçusu Luk de Yonqun icarə müddətini uzada bilər.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun baş məşqçisi Xavi Ernandes hazırda icarə əsasında komandada çıxış edən Niderland millisinin forvardının oyunundan məmnundur.

Çalışdırıcı bu mövsüm kritik qollara imza atan de Yonqun növbəti mövsüm də sərəncamında olmasını istəyib. Bu üzdən “Barsa” mövsümün sonunda onu daha 1 il müddətinə icarəyə götürməkdə maraqlıdır. Ancaq kataloniyalılar onu hazırkı şərtlərlə saxlamaq niyyətindədir.

Qeyd edək ki, Luk de Yonqun “Sevilya” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.