13:00 15-04-2022
news_image
399
DİGƏR NÖVLƏR

Daha bir federasiyada prezident vəzifəsində qaldı

Azərbaycan Kamandan Oxatma Federasiyasının ümumi yığıncağı keçirilib. 

Apasport.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Yığıncaqda Azərbaycan Kamandan Oxatma Federasiyasının son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib, qurumun Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, federasiya rəhbərliyinə seçkilər keçirilib. Şahin Mövsümov yenidən federasiyanın prezidenti seçilib. Həmçinin Seymur Qurbanov federasiyanın vitse-prezidenti, Tural Seyidov, Zemfira Qəhrəmanova və Natiq Fazilov İdarə Heyətinə üzv seçiliblər.

Tədbirin sonunda Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Şahin Mövsümov çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.