15:24 15-04-2022
news_image
2740
FUTBOL

“Mançester Yunayted” onu izləyir

“Mançester Yunayted” rəhbərliyi “Leypsiq”in futbolçusu Kristofer Nkunkunu transfer etmək istəyir.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun skautları Avropa Liqasının “Atalanta” ilə matçında yarımmüdafiəçini izləyib.

Premyer Liqa klubu 24 yaşlı fransalını yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Nkunkunun xidmətində PSJ də maraqlıdır. Parislilər onun üçün 70 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Nkunkunun Bundesliqa klubu ilə müqaviləsi 2024-cü ildə başa çatacaq.