11:09 16-04-2022
news_image

Azərbaycan millisi Qazaxıstanla birgə toplanışa başladı

Qazaxıstanın cüdo üzrə milli komandası Bakıda Azərbaycan yığması ilə təlim-məşq toplanışına başlayıb.

Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, qazaxıstanlılar ölkəmizə 29 cüdoçu ilə gəlib.

Qonaqların 23 gənc, 6 böyük idmançısının qoşulacağı təlimdə əsas məqsəd cüdoçuların beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və yarış təcrübələrinin daha da gücləndirilməsidir.

Qeyd edək ki, təlim-məşq toplanışı aprelin 22-nə kimi davam edəcək.