09:49 20-04-2022
news_image
108
FUTBOL

“Arsenal”ın çempionluq şansı bitdi

İngiltərə Premyer Liqasında daha bir klub çempionluq şansını itirib.

Apasport.az saytının məlumatına görə, “Arsenal”ın qızıl medal almayacağı rəsmiləşib.

Buna “Liverpul”un “Mançester Yunayted” üzərində 4:0 hesablı qələbəsi səbəb olub. 54 xalla 5-ci pillədə olan Mikel Artetanın yetirmələri qalan 7 oyunun hamısında qələbə qazansa da, 76 xala malik “Liverpul”a çata bilməyəcək.

Qeyd edək ki, “Arsenal” sonuncu dəfə 2003/04 mövsümündə çempion adını qazanıb. Həmin çempionatda komanda mövsümü məğlubiyyətsiz bitirib.