18:33 20-04-2022
news_image
66
FUTBOL

“Real”da daha bir itki

“Real” La Liqanın “Osasuna” ilə oyunu ərəfəsində daha bir itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

Qaret Beyl XXXIII turun matçını buraxacaq. Uelslinin oynamayacağının səbəbinə aydınlıq gətirilməyib.

“Osasuna” ilə matçda Kazemiro, Luka Yoviç və Mariano Dias da meydana çıxmayacaq. Bu oyunçular zədədən əziyyət çəkir. Luka Modriçə isə istirahət verilib.

Qeyd edək ki, cari mövsümdə cəmi 7 matça çıxan Beyl 1 qol vurub.