14:28 21-04-2022
news_image
101
FUTBOL

VAR provayderi Rusiyadan gedə bilər

VAR texnologiyasının provayderi “Hawk-Eye Innovations Ltd” Rusiyadakı fəaliyyətini dayandıra bilər.

Apasport.az saytının məlumatına görə, “Sony” tərəfindən yaradılan Böyük Britaniya şirkəti Rusiya Futbol İttifaqı ilə əməkdaşlığa son qoymaq qərarına gəlib.

Şimallılar ya yeni provayder axtarmalı, ya da VAR-sız keçinməli olacaq. “Hawk-Eye Innovations Ltd” FİFA, UEFA və əksər Avropa liqaları ilə əməkdaşlıq edir.

Qeyd edək ki, ümumilikdə 5 şirkət FİFA sertifikatına malikdir. Bunlar “Hawk-Eye Innovations”dan başqa Belçika, Honkonq və iki ABŞ şirkətidir.