22:52 21-04-2022
news_image
148
FUTBOL

“Real” braziliyalı yarımmüdafiəçiyə elçi düşdü

“Nyukasl”ın futbolçusu Bruno Gimaraes “Real”ın transfer siyahısına düşüb.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu 24 yaşlı yarımmüdafiəçinin keçidini yayda həll etmək istəyir.

Nyukasl təmsilçisi onu yanvarda “Lion”dan bonuslardan əlavə 42 milyon avro ödəməklə alıb. Yarımmüdafiə xəttində yenilənmələrə ehtiyac duyan La Liqa klubu braziliyalını buna uyğun futbolçu hesab edir.

Qeyd edək ki, Bruno qışda keçdiyi “Nyukasl”da 12 oyuna 4 qol vurub.