17:11 21-04-2022
news_image
115
FUTBOL

AFFA-da icraçı vitse-prezidentlik vəzifəsi ləğv olundu

AFFA-da icraçı vitse-prezidentlik vəzifəsi ləğv olunub.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev açıqlayıb.

Assosiasiya rəsmisi jurnalistlərə açıqlamasında bu məsələyə AFFA İcraiyyə Komitəsinin növbəti iclasında baxılacaq və həmin vəzifə ləğv olunacaq. Bundan sonra icraçı vitse-prezidentin işləri baş katibin səlahiyyətlərində olacaq.

Qeyd edək ki, hazırda AFFA-nın icraçı vitse-prezidenti vəzifəsini Elxan Məmədov yerinə yetirir. O, mayın 1-dən FIFA-da fəaliyyətə başlayacaq.