17:48 21-04-2022
news_image
157
FUTBOL

Premyer Liqa klubu bombardirini saxladı

İngiltərənin “Norviç” klubu futbolçusu Teemu Pukki ilə müqavilə müddətini uzadıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi 32 yaşlı finlandiyalı hücumçunun anlaşmasındakı bənddən yararlanıb.

Daha bir il bu klubda çıxış edəcək Pukki 2023-cü ilin yayınadək “Norviç” forması geyinəcək. Komandasının ən yaxşı bombardiri olan Pukki 31 matçda 10 qol vurub.

Qeyd edək ki, “Norviç” Premyer Liqanın turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.