22:26 23-04-2022
news_image
175
FUTBOL

“Bavariya”dan ardıcıl 10-cu çempionluq

Almaniya Bundesliqasında çempion müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Bavariya” mövsümün sonuna üç tur qalmış qızıl medalları təmin edib.

Münhen klubu XXXI turda ən yaxın izləyicisi olan Dotmund “Borussiya”sını qəbul edib. “Bavariya” Serj Qnabri və Robert Levandovskinin ilk yarıdakı qolları ilə fasiləyə üstün yollanıb. Əmrə Can 62-ci dəqiqədə penalti ilə fərqi minimuma endirsə də, “Bavariya” nəinki qələbə hesabını qoruyub, hətta daha bir qol vurub. Görüşün sonlarında Camal Musiala fərqlənib – 3:1.

Bununla da 31 oyundan sonra xal hesabını 75-ə çatdıran Yulian Naqelsmannın yetirmələri “Borussiya” ilə fərqi 12-yə yüksəldib. Rəqibi üçün əlçatmaz olan “Bavariya” çempionluğu təmin edib.

Bununla da münhenlilər ardıcıl 10-cu, ümumilikdə 32-ci dəfə Bundesliqanın ən güclüsü adına yiyələnib.

Qeyd edək ki, 3-cüü pillədəki “Bayer”in cəmi 55 xalı var.