18:48 24-04-2022
news_image
94
FUTBOL

Con Karyu həbs oluna bilər

Norveç millisinin sabiq hücumçusu Con Karyu həbs oluna bilər.

Apasport.az saytının məlumatına görə, 43 yaşlı futbol mütəxəssisi vergidən yayınmaqda ittiham olunur.

32 yaşında karyerasını bitirərək aktyorluğa başlayan Karyu avqustda məhkəmə qarşısına çıxacaq. O, 2014-2019-cu illərdə 1,5 milyon funt sterlinq məbləğində gəliri bəyan etməməkdə və ümumilikdə 27 milyon funt sterlinqlik sərvətini gizlətməkdə ittiham edilir. Ötənlərin ulduz futbolçusunun günahı sübuta yetirilərsə, 6 ilə qədər həbs oluna bilər. 

Qeyd edək ki, Con Karyu karyerası ərzində “Valensiya”, “Roma”, “Beşiktaş”, “Lion”, “Aston Villa”, “Stok Siti” və “Vest Hem” kimi klubların formasını geyinib.