“Açığı, belə məğlubiyyət gözləmirdik”.
Apasport.az saytının məlumatına görə, bunu “Şamaxı”nın baş məşqçisi Rüstəm Əliyev Azərbaycan Premyer Liqasının XXIV turunda “Sabah”a 1:5 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
Bölgə təmsilçisinə yenicə baş məşqçi təyin olunan Əliyev debüt matçındakı məğlubiyyətin səbəbini belə izah edib: “Düzdür, bir həftədir komandaya təyin olunmuşam. Futbolçularla söhbətimiz oldu, həftəiçi canla-başla məşq etdilər. Qələbə qazanmaq istəyirdik. Komandadan ən azı heç-heçə gözləyirdik. Etiraf etməliyəm ki, belə məğlubiyyət acıdır. Rəqib də yaxşı komandadır. Hazırkı baş məşqçiləri gəldikdən sonra böyük dəyişliklər olub, avrokuboklara iddia edirlər”.