“Barselona” yarımmüdafiəçisi Frenki de Yonqu heç bir halda satmayacaq.
Apasport.az saytının məlumatına görə, bunu Kataloniya klubunda prezidentin idman müşaviri Yordi Kroyff deyib.
O bildirib ki, Niderland millisinin üzvü ilə yolları ayırmaq fikrində deyillər: “Biz Frenkini satmayacağıq. Klub onu çox yüksək qiymətləndirir”.
Qeyd edək ki, 2019-cu ildən “Barselona”da çıxış edən Frenki de Yonqla “Mançester Yunayted” yaxından maraqlanır.