Azərbaycan Premyer Liqasında klubların 2021/22 mövsümünün yekunu üçün təxmini yerləri yenilənib.
Apasport.az saytının məlumatına görə, XXIV turun nəticələrindən sonrakı araşdırmaya əsasən avrokuboklara iddia edən komandaların sıralamasında dəyişiklik olub.
Dünənki matçlardan sonra 4-cü pillədəki “Qəbələ” ilə xalları bərabərləşdirən və şəxsi oyuna görə önə keçən “Sabah”ın artıq Konfrans Liqasına yollanacağı proqnozlaşdırılır. Paytaxt klubunun mövsümü 40 xalla 4-cü yerdə tamamlayacağı və “Qəbələ”ni 1 xal qabaqlayacağı ehtimal edilir.
Çempionluğuna şübhə yeri qalmayan “Qarabağ”ın son 4 turu da itkisiz başa vuracağı düşünülür. Konfrans Liqasında ölkəmizi təmsil etməsi gözlənilən digər komandalardan “Neftçi”nin bundan sonra 6, “Zirə”nin isə 5 xal toplayacağı proqnozlaşdırılır.
Mövsümün sonunda Premyer Liqada turnir cədvəlinin aşağıdakı kimi olacağı proqnozlaşdırılır:
Yer |
Komanda |
Çempionluq şansı |
Təxmini xalı |
İndiki xalı |
1 |
Qarabağ |
100% |
70 |
58 |
2 |
Neftçi |
0% |
53 |
47 |
3 |
Zirə |
0% |
47 |
42 |
4 |
Sabah |
0% |
40 |
35 |
5 |
Qəbələ |
0% |
39 |
35 |
6 |
Keşlə |
0% |
24 |
20 |
7 |
Sumqayıt |
0% |
19 |
15 |
8 |
Səbail |
0% |
17 |
14 |