Premyer Liqanın XXXVII turunun oyununda “Mançester Yunayted” “Çelsi”ni qəbul edib.
Apasport.az saytının məlumatına görə, “Old Trafford”dakı qarşılaşmada 1:1 hesablı heç-heçəyə nail olan meydan sahibləri uğurlu seriyanı davam etdirib.
Mançester təmsilçisi öz meydanında “Çelsi”yə sonuncu dəfə 2013-cü ilin mayında məğlub olub. Həmin vaxt Aleks Ferqyusonun rəhbərlik etdiyi komanda Rafael Benitesin yetirmələrinə uduzmuşdu.
Sonrakı 9 ildə baş tutan 9 matçda “Mançester Yunayted” uduzmayıb. 3 qələbəsi olan meydan sahibləri 6 heç-heçə edib.