16:28 29-04-2022
news_image
206
FUTBOL

Azərbaycan çempionatına yeni gələcək klublar açıqlandı

Azərbaycan çempionatının I divizionunda 3 yeni komanda iştirak edəcək.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA verib.

Qurumun İcraiyyə Komitəsi üç komandanı aşağı dəstəyə buraxmaq barədə qərar qəbul edib. Bunlar "İmişli", "Mingəçevir" və "Araz Naxçıvan"dır.

Bölgə komandaları 2022/2023-cü il mövsümündən etibarən I divizionda çıxış edəcək.