20:10 29-04-2022
news_image
679
FUTBOL

Xayme Romero “Qarabağ”dan gedir? - ÖZÜ AÇIQLADI

“Uzun fasilədən sonra qayıtdığım üçün sevincliyəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Xayme Romero deyib.

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qəbələ” ilə cavab matçında meydana çıxmaqla 225 günlük həsrətə son qoyan ispaniyalı yarımmüdafiəçi “CBC Sport” telekanalına açıqlamasında sevincini bölüşüb: “Ağır zədədən sonra mənəvi olaraq qayıdaraq əvvəlki oyunu sərgiləmək çox çətindir. Buna görə komanda yoldaşlarıma, məşqçi heyətinə və tibbi personala təşəkkür edirəm”.

Müqaviləsi mövsümün sonuna qədər olan 32 yaşlı hücumameylli oyunçu “Qarabağ”da qalmaq arzusunu gizlətməyib: “Bütün diqqətimi zədəmi sağaltmağa yönəltmişdim. Burada özümü həmişə yaxşı hiss etmişəm. Başda baş məşqçi olmaqla klub hər zaman mənə xoş münasibət göstərib. Gələcəyimlə bağlı qərar vermək üçün mövsümün sonunu gözləmək lazımdır. Amma deməliyəm ki, “Qarabağ”da özümü yaxşı hiss edirəm”.