09:56 30-04-2022
news_image
135
FUTBOL

“Qarabağ” rekorda şərik çıxdı, “Zirə”dən ilk

Azərbaycan Kubokunda 2021/22 mövsümünün finalçıları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 30-cu – yubiley mövsümündə finala ilk vəsiqəni “Qarabağ” qazanıb.

“Qəbələ”ni yarımfinalın hər iki oyununda məğlub edən (3:1, 5:0) Ağdam təmsilçisi tarixində 10-cu dəfə finala çıxıb. Bununla da “Qarabağ” “Neftçi”nin rekordunu təkrarlayıb.

Yubiley uğuru 5 ildən sonra gerçəkləşib. Sonuncu dəfə 2016/17 mövsümündə finalda oynayan “Qarabağ” sonrakı 4 yarışın üçündə mübarizəni dayandırıb, birində turnir yarımçıq qalıb.

“Zirə” isə tarixində ilk dəfə finala yüksəlib. Qəsəbə təmsilçisi həlledici qarşılaşmada iştirak edəcək 18-ci komanda kimi tarixə düşüb.

Qeyd edək ki, final görüşü mayın 27-də keçiriləcək.

1992

Kür (Mingəçevir) - İnşaatçı (Bakı)

1:2  

1993

İnşaatçı (Sabirabad) - Qarabağ (Ağdam)

0:1

1993/94

Kəpəz (Gəncə) - Xəzər (Lənkəran)

2:0

1994/95

Neftçi (Bakı) - Kur-Nur (Mingachevir)

1:0

1995/96

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

3:0

1996/97

Kəpəz (Gəncə) - Xəzri (Buzovna)

1:0      

1997/98

Kəpəz (Gəncə) - Qarabağ (Ağdam)

2:0  

1998/99

Şəmkir - Neftçi (Bakı)

0:0, pen. 3:5

1999/2000

Kəpəz (Gəncə) - Qarabağ (Ağdam)

2:1

2000/01

Şəfa (Bakı) - Neftçi (Bakı)

2:1

2003/04

Şəmkir - Neftçi (Bakı)

0:1    

2004/05

İnter (Bakı) - Bakı

1:2    

2005/06

Qarabağ (Ağdam) - Karvan (Yevlax)

2:1 

2006/07

Xəzər-Lənkəran - MKT-Araz (İmişli)

1:0

2007/08

Xəzər-Lənkəran - İnter (Bakı)

2:0  

2008/09

İnter (Bakı) - Qarabağ (Ağdam)

0:1

2009/10

Xəzər-Lənkəran - Bakı

1:2

2010/11

Xəzər Lənkəran - İnter  (Bakı)

1:1, pen. 4:2

2011/12

Neftçi (Bakı) - Bakı

0:2

2012/13

Neftçi (Bakı) - Xəzər Lənkəran

0:0, p.5:3

2013/14

Qəbələ - Neftçi (Bakı)

1:1, pen. 2:3

2014/15

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

3:1

2015/16

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:0, ə.v.

2016/17

Qarabağ (Ağdam) - Qəbələ

2:0

2017/18

Keşlə (Bakı) - Qəbələ

1:0

2018/19

Qəbələ - Sumqayıt

1:0

2020/21

Keşlə (Bakı) - Sumqayıt

2:1