10:02 30-04-2022
news_image
567
FUTBOL

Rekordçunun 20-ci darmadağını

“Qarabağ” Azərbaycan kubokunda ev oyunlarında 20-ci böyükhesablı qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, bu, yarımfinalın “Qəbələ” ilə cavab matçına təsadüf edib.

5:0 hesabı ilə qalib gələn Ağdam klubu tarixinin yubiley qələbəsini rəsmiləşdirib. Ölkə kubokunda 1993-cü ildə debüt edən “Qarabağ” evdə ilk böyükhesablı qələbəsini də həmin mövsümdə qazanıb. Ağdam təmsilçisi 1/16 finalda “Şəmkir”i də 5 cavabsız qolla üstələyib.

Qeyd edək ki, “Qarabağ” kubokda qazanılan böyükhesablı ev qələbələrinə görə rekordçudur.