11:43 30-04-2022
news_image
161
FUTBOL

“Mançester Siti” Premyer Liqa çempionu oldu

“Mançester Siti”nin U-23 komandası Premyer Liqa-2-nin qalibi olub.

Apasport.az saytının məlumatına görə, komanda son turda “Everton”u darmadağın edərək (7:0) titula sahib çıxıb.

Mövsümü 54 xalla başa vuran “şəhərlilər” ardıcıl ikinci mövsüm çempionluğa layiq görülüb. “Mançester Siti”nin əsas komandası isə sona 5 tur qalmış Premyer Liqa çempionluğuna yaxındır.

Qeyd edək ki, 2012-2016-cı illərdə U-21 Premyer Liqası adlanan turnir 2016/17 mövsümündən etibarən Premyer Liqa-2 olaraq keçirilir və 23 yaşdan aşağı oyunçular mübarizə aparır. Həmçinin 23 yaşdan yuxarı bir qapıçı və üç meydan oyunçusunun da iştirakına icazə var.