17:23 30-04-2022
news_image
113
FUTBOL

İngilislərin Osimxen mübarizəsi

“Napoli”nin hücumçusu Viktor Osimxen İngiltərəyə köçməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, nigeriyalı forvard Premyer Liqanın iki klubunun maraq dairəsindədir.

Bunlar “Mançester Yunayted” və “Arsenal”dır. London təmsilçisi Çempionlar Liqasına vəsiqə qazanmağa yaxın olsa da, 24 yaşlı oyunçu uğrunda mübarizədə “qırmızı şeytanlar” favorit sayılır. Futbolçunun transfer dəyəri 60 milyon avroya bərabərdir. Ancaq neapollular onun keçidindən 100 milyonluq gəlir əldə etmək niyyətindədir.

Qeyd edək ki, “Napoli” ilə sözləşməsi 2025-ci ilin yayına qədər olan Viktor Osimxen cari mövsüm A seriyasında 12 qol vurub, 1 məhsuldar ötürmə verib.