12:31 03-05-2022
news_image
469
FUTBOL

Qonaqların qənimləri

İngiltərə Premyer Liqasında ev oyunlarında ən çox qol vuranların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, XXXV turun “Brentford”la matçında (3:0) fərqlənən Kriştiano Ronaldo 1-ci pilləyə yüksəlib.

“Mançester Yunayted”in portuqaliyalı hücumçusu ev oyunlarında 14 qol vurub. O, “Tottenhem”in ev matçlarında 13 qol vuran Son Xın Mini arxada qoyub.

Qonaqların qənimləri siyahısında Məhəmməd Salah da yer alıb. “Liverpul”un forvardı 11 dəfə fərqlənib. Onun komanda yoldaşı Sadio Mane 10, “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Breyne 9 dəfə qonaqları məyus edib.