15:22 03-05-2022
news_image
1039
FUTBOL

Naqelsmann sabiq futbolçusunu yanına aparır

“Leypsiq”in futbolçusu Kristofer Nkunku karyerasını “Bavariya”da davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi yarımmüdafiəçini yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.

Onun keçidini baş məşqçi Yulian Naqelsmann istəyib. 24 yaşlı fransalını “Leypsiq”i çalışdırdığı vaxtdan tanıyan mütəxəssis onu yenidən sərəncamında görmək istəyir.

Qeyd edək ki, Nkunku cari mövsümün 44 oyununda 31 qol və 20 assistə imza atıb.