21:14 03-05-2022
news_image
651
FUTBOL

Murad Musayev: “Qarabağ” 10 nəfərlə da təhlükəli epizodlar yaratdı

“Qarabağ”ı layiq olduğu çempionluq münasibətilə təbrik edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev deyib.

Rusiyalı mütəxəssis Premyer Liqanın XXV turunun “Qarabağ”la oyunundan sonra (1:1) keçirilən mətbuat konfransında çempionluğu təmin edən rəqibi təbrik edib. Musayev qarşılaşma barədə də danışıb: “Bu mövsümün aşkar güclü komandası idi. Avrokuboklarda da uğurlu çıxış etmişdilər. Çox yaxşı iş görüblər. Rəqib azlıqda qalanadək bizdən daha yaxşı, daha aqressiv oynayırdı. Futbol onunla gözəldir ki, bir hərəkət hər şeyi dəyişə bilər. Qırmızı vərəqədən sonra oyuna biz daha çox nəzarət etdik. Düşünürəm ki, oyun azarkeşlərin də xoşuna gəldi. Matçda emosiyalar çox idi. Hər iki komanda nəticədən məmnun qaldı”.

- Razısızmı ki, son ötürmələr, son zərbələrlə bağlı qərar verməkdə gecikmələr olur?
- Təkcə son ötürmə deyil, birinci hissədə cəld oynamaqda çətinlik çəkirdik. Rəqib pressinqlə topu bizdən alırdı. “Qarabağ”dan daha sürətli oynamaq lazım idi.

- “Qarabağ”dan Çempionlar Liqasında hansı nəticə gözləyirsiz?
- İndidən nə isə demək çətindir. Hesab edirəm ki, mərhələlər keçəcək. Öz gücünə görə qrupa düşməyə qadirdirlər. Bu oyunla da azarkeşləri sevindirirlər.

- “Qarabağ”ı udmaq üçün olan gözəl şansdan yararlanmamaq üçün məyussuz və bu bir xalı avrokubok mübarizəsində qələbəyə bərabər sayırsız? 
- Gəlin, səmimi olaq ki, “Qarabağ” bizdən yaxşı oynayırdı. Əlbəttə, sonda bir qol da vurduq. Nəticənin ədalətsiz olduğunu deyə bilmərəm. “Qarabağ” 10 nəfərlə qalsa da, təhlükəli epizodlar yaratdı. Bizim üçün bir xal avrokuboklar uğrunda mübarizədə önəmlidir.

- “Sabah” mövsümə uğursuz başlamışdı. Sizin gəlişinizdən sonra dəyişdi. Əvvəldən komandada olsaydız, çempionluq uğrunda mübarizə apara bilərdiz?
- Bunu demək çətindir. Bu “Qarabağ”la mübarizə aparmaq çox çətindir. “Üçlük” uğrunda mübarizə aparacağımız dəqiqdir. Amma indi realist olaq. Onlara qarşı mübarizə aparmaq çətindir. Amma bunun üçün gələcəkdə çalışacağıq.