00:01 05-05-2022
news_image
110
FUTBOL

“Napoli” Osimhenə qiymət qoydu

“Napoli” futbolçusu Viktor Osimhenin satış qiymətini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu 23 yaşlı hücumçu üçün 120 milyon avro istəyir.

Forvardın xidmətində “Arsenal” maraqlıdır. Neapollular oyunçunun qiyməti barədə “topçular”ı məlumatlandırıb. “Mançester Yunayted” də Osimheni heyətində görmək niyyətindədir.

Qeyd edək ki, hücumçu 2020-ci ildə “Lill”dən “Napoli”yə 75 milyon avroya keçib.