00:03 06-05-2022
news_image
138
FUTBOL

“Yuventus”un futbolçusu “Qalatasaray”ın hədəfində

Federiko Bernardeski “Yuventus”dan gedəcək.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Turin klubu ilə müqaviləni uzatmamaq barədə qərar qəbul edib.

Yayda azad agent statusu alacaq Bernardeski iki klubun maraq dairəsindədir. Onun müştərilərindən biri “Qalatasaray”dır. “Latsio” da Federikonun xidmətində maraqlıdır.

Amma romalılar ona yüksək maaş vermək niyyətində deyil. “Latsio” Bernardeskiyə “Yuventus”da aldığından az – 1,6 milyon avro təklif edir.