“Real” futbolçusu Xose İqnasio Naço ilə müqaviləni uzadacaq.
Apasport.az saytının məlumatına görə, tərəflər anlaşma imzalamaq barədə razılaşıblar.
32 yaşlı müdafiəçinin yeni müqaviləsi 2024-cü ilin yayına qədər olacaq. Lakin bunun rəsmən açıqlanacağı tarix bəlli deyil. Naçonun əvvəlki müqaviləsi 2023-cü ilin yayında başa çatmalı idi.
Qeyd edək ki, 21 ildir “Real”da olan müdafiəçi bütün karyerasını bu klubla bağlı olmasını istəyir.