09:33 13-10-2008
news_image
654
DİGƏR NÖVLƏR

Yığmamızın baş məşqçisi Sinqapura gedir

Bakı – APA-Sport. Oktyabrın 17-də Sinqapurda Beynəlxalq Avarçəkmə Federasiyasının (FİSA) Gənc Məşqçilər Konfransı öz işinə başlayacaq. “APA-Sport”un məlumatına görə, sayca XIII dəfə keçiriləcək tədbirdə Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) da təmsil olunacaq. Bu məqsədlə AMAF-ın baş katibi Fikrət Zeynalov və akademik avarçəkmə üzrə yığma komandamızın almaniyalı baş məşqçisi Rüdiger Hauffe Sinqapura yollanacaq.

2010-cu ildə Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına hazırlıq məsələləri, yığma komandaların məşqçiləri, klublar, avarçəkmə mərkəzləri və milli federasiyalar arasında əməkdaşlıq məsələləri toplantıda əsas müzakirə mövzusu olacaq. İclas üç gün davam edəcək.