15:19 13-05-2022
news_image
125
FUTBOL

“Neftçi” və “Qəbələ” azarkeşlərinə görə cərimələndi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XXVI turunda baş verənlər müzakirə olunub.

Komitə üzvlərinin müzakirələrindən sonra yaşanan xoşagəlməz hadisələrə hüquqi qiymət verilib.

“Qəbələ” – “Neftçi” oyununda hər iki komandanın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klubların hər biri 4000 manat cərimə olunub. “Neftçi” fanatları tərəfindən meydana pirotexniki vasitə atıldığı üçün klub 1600 manat ziyana düşüb.