15:55 13-05-2022
news_image
125
FUTBOL

Mövsümün məşqçisi adına 5 namizəd

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı məşqçisi adına namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqanın mətbuat xidməti açıqlayıb.

Mükafata 5 mütəxəssis iddia edir. Bunlar Tomas Frenk (“Brentford”), Pep Qvardiola (“Mançester Siti”), Endi Hau (“Nyukasl”), Yurgen Klopp (“Liverpul”) və Patrik Vieyradır (“Kristal Pelas”).

Qeyd edək ki, mövsümün məşqçisi azarkeşlər və ekspertlər arasında səsvermə ilə müəyyənləşəcək.