10:04 13-10-2008
news_image
430
DİGƏR NÖVLƏR

Kişilər 5-ci, qadınlar 6-cı

Bakı. Kənan Həsənov - APA-Sport. Şotlandiyanın Qlazqo şəhərində idman akrobatikası üzrə XXI dünya çempionatı başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışa qatılan Azərbaycan idmançıları medal qazana bilməyiblər.

Kişilər arasında mübarizə aparan Rüstəm Nəcəfquliyev, Elnur Məmmədov, İlham Abbasov və Fərid Məmmədovdan ibarət “kvartet” 28,120 xalla 5-ci yeri tutub. Çıxışlarına görə hakimlərdən 28,140 xal alan Ayla Əhmədova - Dilarə Sultanova cütlüyü isə 6-cı olub.