13:29 13-10-2008
news_image
526
STOLÜSTÜ OYUNLAR

Şahmat tacı uğrunda mübarizə sabah başlayır

Bakı. Kənan Həsənov - APA-Sport. Sabah Almaniyanın paytaxtı Bonnda dünya şahmat tacı uğrunda növbəti duel start götürəcək. “APA-Sport”un məlumatına görə, 12 oyundan ibarət yarışda hazırkı dünya çempionu Vişvanatan Anandla (Hindistan) Vladimir Kramnik (Rusiya) üz-üzə gələcəklər.
Oktyabrın 31-dək davam edəcək görüşlərdə qalib müəyyənləşməyəcəyi təqdirdə, qrossmeysterlər noyabrın 2-də tay-breykdə münasibətlərini aydınlaşdıracaqlar. Yarışın mükafat fondu 1,5 milyon avroya bərabərdir.