Şahmat tacı uğrunda yarış “sülh”lə başladı
Bakı. Aqşin Əliyev - APA-Sport. Almaniyanın Bonn şəhərində dünya şahmat tacı uğrunda mübarizə başlanıb. “APA-Sport”un məlumatına görə, mükafat fondu 1,5 milyon avro olan yarışda hazırkı dünya çempionu Vişvanatan Anandla (Hindistan) Vladimir Kramnik (Rusiya) qarşılaşır.
Artıq 1-ci tur arxada qalıb. İlk turda tərəflər yarım xala razılaşıblar. Kramnikin ağ fiqurlarla oynadığı partiya 32-ci gedişdə “sülh”lə başa çatıb. Bu gün ikinci görüş keçiriləcək. Oktyabrın 31-dək davam edəcək 12 partiyada qalib müəyyənləşməyəcəyi təqdirdə, qrossmeysterlər noyabrın 2-də tay-breykdə qüvvələrini sınayacaqlar.