11:41 15-10-2008
news_image
424
STOLÜSTÜ OYUNLAR

Ən güclü qrossmeysterlərimiz Avropa Kubokunda

Bakı. Aqşin Əliyev - APA-Sport. Oktyabrın 17-də Yunanıstanın Kallitea şəhərində kişi və qadın şahmatçılardan ibarət klublar arasında Avropa Kuboku start götürəcək. “APA-Sport”un məlumatına görə, sayca 24-cü dəfə keçirilən turnirdə Azərbaycan klubu olmasa da, şahmatçılarımız mübarizə aparacaqlar. Belə ki, yarışa 3 həmvətənimiz - Teymur Rəcəbov, Vüqar Həşimov və Şəhriyar Məmmədyarov qatılacaq.

Milli komandamızın üzvləri xarici klublarının heyətində oynayacaqlar. Rəcəbov “Ural” (Rusiya), Həşimov “Aşdod” (İsrail), Məmmədyarov isə “Alkaloid”in (Makedoniya) şərəfini qoruyacaq. Hər 3 qrossmeysterimiz öz komandalarının lideri sayılır. Təsadüfi deyil ki, onlar qarşıdakı yarışda 1-ci taxtada yer alacaqlar.

Kişilərin turnirinə 33 ölkədən 64 kollektiv qatılacaq. Reqlamentə əsasən, 7 turdan ibarət Avropa Kuboku oktyabrın 23-də yekunlaşacaq.