10:34 17-10-2008
news_image
457
DİGƏR NÖVLƏR

Pekin Olimpiadasında 1055 idmançı zədələnib

Bakı - APA-Sport. Bu ilin avqustunda Çinin paytaxtı Pekində keçirilmiş XXIX Yay Olimpiya Oyunlarında zədələnən idmançılarla bağlı statistika açıqlanıb. “APA-Sport”un məlumatına görə, dördilliyin ən mötəbər yarışında 1055 idmançı zədələnib. Bu, ümumi iştirakçıların sayının 10 faizinə bərabərdir.

1055 nəfərin 75 faizi ayaq və baldır nahiyələrindən zədə alıblar. Başında problem yaşayanlar isə təxminən 100 nəfər olub. Əsasən boks, futbol, həndbol, otüstü hokkey, taekvondo və güləş növlərində zədə çoxluq təşkil edib. Ən təhlükəsiz növlər isə kanoe, suya tullanma, yelkən idmanı və sinxron üzgüçülük sayılıb.

Qeyd edək ki, Pekində Azərbaycanın şərəfini qoruyan 44 idmançıdan bir neçəsi - boksçu Şahin İmranov, çapar Camal Rəhimov, cüdoçu Mehman Əzizov, güləşçi Mariya Stadnik və digərləri olimpiadanın gedişində zədələnmişdilər.