11:49 17-10-2008
news_image
457
DİGƏR NÖVLƏR

“Azərneft”in taleyi Yordanova tapşırılıb

Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın kişi voleybolçulardan ibarət “Azərneft” klubu Belarusa yollanıb. “APA-Sport”un məlumatına görə, komandamız sabah “Çelenc kuboku” turnirinin birinci mərhələsinin cavab matçında “Metallurq”la qarşılaşacaq.

Bakı vaxtı ilə saat 18:00-da başlanacaq oyunu İvaylo Yordanovla (Bolqarıstan) Mixail Medved (Ukrayna) idarə edəcəklər.

Qeyd edək ki, Sabir Əliyevin rəhbərlik etdiyi komandamızın mərhələ adlamaq şansı çox azdır. Belə ki, voleybolçularımız oktyabrın 11-də Quba Olimpiya Kompleksində baş tutan ilk görüşdə rəqibinə 0:3 (16:25, 6:25, 15:25) uduzub.