16:36 17-10-2008
news_image
461
STOLÜSTÜ OYUNLAR

Rauf Məmmədov Rusiyada qızıl medal qazandı

Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan şahmat yığmasının üzvü Rauf Məmmədov Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən IV Qubernator yarışının blits-turnirində qızıl medal qazanıb. “APA-Sport”un məlumatına görə, həmvətənimiz keçirdiyi 9 oyunun hamısında rəqiblərini məğlub edib. Maksimum nəticə göstərən Məmmədov 57 idmançı arasında 1-ci yeri tutub. Blits-turnirə qatılan digər şahmatçımız Qədir Hüseynov isə gümüş medalla kifayətlənib (8,5 xal).

Daha sonra Xanti-Mansiyskdə beynəlxalq şahmat turniri start götürüb. Yarışda həm Məmmədov, həm də Hüseynov bacarığını nümayiş etdirir. İlk 2 turdan sonra hər iki qrossmeysterimizin hesabında 1,5 xalı var. Onlar digər həmkarları ilə 5-12-ci yerləri bölüşdürürlər. İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan yarışa oktyabrın 23-də yekun vurulacaq.