14:13 20-10-2008
news_image
441
STOLÜSTÜ OYUNLAR

Dünya çempionatına 18 şahmatçımız gedib

Bakı. Kənan Həsənov - APA-Sport. Bu gün Vyetnamın Vanq Tau şəhərində 10, 12, 14, 16, 18 yaşadək oğlan və qız şahmatçılar arasında dünya çempionatı start götürəcək. “APA-Sport”un məlumatına görə, bu nüfuzlu yarışın mükafatları uğrunda Azərbaycanın 18 idmançısı mübarizə aparacaq.

İsveçrə sistemi ilə keçiriləcək birincilik 11 turdan ibarət olacaq və oktyabrın 30-da başa çatacaq. Maraqlıdır ki, fərqlənən idmançılara pul mükafatı verilməyəcək. Bunun əvəzində dünya çempionu olan şahmatçılara kompüterlər hədiyyə ediləcək.