10:42 22-10-2008
news_image
467
STOLÜSTÜ OYUNLAR

Anand başladı və qalib gəldi

Bakı. Kənan Həsənov - APA-Sport. Vişvanatan Anand ikinci dəfə dünya çempionu titulunu qazanmağa yaxındır. “APA-Sport”un məlumatına görə, hindistanlı qrossmeyster Almaniyanın Bonn şəhərində təşkil olunan şahmat tacı uğrunda altıncı oyunda da Vladimir Kramnikə (Rusiya) qalib gəlib.

Ağ fiqurlarla oynayan Anand rəqibinin müqavimətini 47-ci gedişdə qırmağa müvəffəq olub. Üçüncü qələbəsini rəsmiləşdirən “hind pələngi” ümumi hesabda nəzərəçarpan üstünlük (4,5:1,5) əldə edib. Tərəflər arasında növbəti görüş sabah baş tutacaq.

Mükafat fondu 1,5 milyon avro olan yarış oktyabrın 31-dək davam edəcək. 12 partiyada qalib müəyyənləşməyəcəyi təqdirdə, qrossmeysterlər noyabrın 2-də tay-breykdə qüvvələrini sınayacaqlar.