12:23 22-10-2008
news_image
499
DİGƏR NÖVLƏR

Ən güclü taekvondoçularımız Avropa çempionatına aparılmır

Bakı. Aqşin Əliyev - APA-Sport. Noyabrın 1-2-də Türkiyənin Konya şəhərində keçiriləcək taekvondo üzrə komandalararası Avropa çempionatında mübarizə aparacaq Azərbaycan yığmasının heyəti açıqlanıb. Milli komandamızın baş məşqçisi Ələkbər İmaməliyevin “APA-Sport”a verdiyi məlumata görə, yarışda 4 idmançımız tatami üzərinə çıxacaq. Olimpiya çəki dərəcələrində təşkil olunacaq turnirdə ölkəmizin şərəfini Elnur Amanov (58 kq), Rövşən Məmmədov (68 kq), Ramin Əzizov (80 kq) və Təvəkkül Bayramov (+80 kq) qoruyacaqlar.

İmaməliyev bildirib ki, Azərbaycanın ən güclü taekvondoçuları - dünya çempionu Niyaməddin Paşayevlə Rəşad Əhmədovun Avropa çempionatından kənarda qalmasının obyektiv səbəbləri var: “Niyaməddin son vaxtlar bir neçə dəfə cərrahiyyə əməliyyatına məruz qalıb. Rəşad isə Pekin Olimpiadasında qolundan zədə almışdı. Hazırda hər iki idmançı müalicə-bərpa prosesi keçir”.

Qitə birinciliyində komandaların nəticələri taekvondoçuların qazandıqları xallara uyğun hesablanacaq. Yığmanın 4 üzvü digər kollektivdə eyni sayda idmançı ilə döyüşəcək. Bir taekvondoçunun qələbəsinə bir xal veriləcək və yekunda ən çox xal toplayan komanda növbəti mərhələyə yüksələcək. Əgər döyüş heç-heçə (2:2) nəticələnərsə, onda püşk nəticəsində 4 çəki dərəcəsindən hər hansı birindisə idmançıların yenidən qarşılaşacaqlar və qələbə qazanan tərəf, həm də cütün qalibini müəyyənləşdirəcək.