17:36 22-10-2008
news_image
566
DİGƏR NÖVLƏR

Azərbaycan yığmasında yeni baş məşqçi

Bakı – APA-Sport. Azərbaycanın kayak və kanoe üzrə milli komandasına yeni baş məşqçi təyin olunub. “APA-Sport”un məlumatına görə, Milli Avarçəkmə Federasiyası ukraynalı mütəxəssis Aleksandr Kolıbelnikovla 6+6 ay şərti ilə müqavilə bağlayıb. Bunadək yığmamızın baş məşqçisi olmuş Vasili Kovbanovski isə fəaliyyətini Kolıbelnikovun köməkçisi qismində davam etdirəcək.
Kolıbelnikov 1939-cu ildə Ukraynanın Xerson şəhərində anadan olub. 1988-ci il Seul Yay Olimpiya Oyunlarında SSRİ yığmasının baş məşqçisi kimi çalışıb. SSRİ-nin əməkdar məşqçisi adına layiq görülmüş A.Kolıbelnikov Sergey Postrexin (1980), Nikolay Juravski (1988) və Viktor Reneyski (1988) kimi Olimpiya çempionları hazırlayıb. Ölkəmizə gələnədək o, Polşa millisinin baş məşqçisi olub.