12:04 24-10-2008
news_image
487
STOLÜSTÜ OYUNLAR

Kramnik qələbə üzünə həsrət qalıb

Bakı. Kənan Həsənov - APA-Sport. Almaniyanın Bonn şəhərində şahmat tacı uğrunda 7-ci oyun keçirilib. “APA-Sport”un məlumatına görə, planetin ən güclü qrossmeysteri adı uğrunda yarışan Vişvanatan Anandla (Hindistan) Vladimir Kramnikin (Rusiya) budəfəki duelində qalib müəyyənləşib.

Ağ fiqurlarla oynayan Anand rəqibini çətin duruma salsa da, tərəflər 37-ci gedişdə heç-heçə razılaşıblar. Bu nəticə ilk növbədə hindistanlı qrossmeysterə sərf edib. Belə ki, o, 3 xallıq (5:2) üstünlüyünü qorumağa müvəffəq olub. Növbəti görüş bu gün baş tutacaq.