17:06 24-10-2008
news_image
573
STOLÜSTÜ OYUNLAR

Şahmatçılarımız Rusiyada dubl etdilər

Bakı. Aqşin Əliyev - APA-Sport. Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə IV Qubernator turnirinə yekun vurulub. “APA-Sport”un məlumatına görə, mükafatlar uğrunda mübarizə aparan 37 idmançı arasında Azərbaycan yığmasının üzvləri də yer alıblar.

IX turun yekununa əsasən, Rauf Məmmədov 6 xalla ikinci yeri tutub. Yarışdakı sonuncu təmsilçimiz Qədir Hüseynov da turniri 6 xalla başa vurub. Amma şahmatçımız əlavə əmsal ucbatından üçüncü olub. Qalib adını isə qrossmeysterlərimizi cəmi 0,5 xal qabaqlayan rusiyalı Dmitri Boçarov qazanıb.

Qeyd edək ki, yığmamızın üzvləri bundan əvvəl blits-turnirdə iştirak ediblər. Keçirdiyi 9 oyunun hamısında rəqiblərini məğlub edən Rauf qızıl medal qazanıb. Ondan yarım xal az toplayan Qədir gümüş medalla kifayətlənib.